ABŞ iki ştatını İsrailə versin – SENSASİON TƏKLİF

Baxış sayı:
17536

BMT yanında Suriyanın daimi nümayəndəsi Bəşər əl-Cəfəri ABŞ-a Şimal Karolina və Cənubi Karolina ştatlarını Qolan təpələrinin əvəzinə İsrailə verməyi təklif edib.
Bu haqda təşkilatın saytında deyilir.
O vurğulayıb ki, Qolan təpələri həmişə Suriyaya aid olub və bundan sonra da belə olacaq. Cəfəri həmçinin bildirib ki, ərazinin İsrail tərəfindən işğalı beynəlxalq sülh və təhlükəsizlik üçün real təhlükədir.
Diplomat qeyd edib ki, Dəməşq məsələnin güc yolu ilə həlli hüququnu özündə saxlayır.
Xatırladaq ki, ABŞ martın 25-də Qolan təpələri üzərində İsrailin suverenliyini tanıdığını elan edib./Publika