Rusiyaya güclü zərbə HAZIRLANIR: gələn həftə…
28-03-2019 08:04
Baxış sayı:
17512

ABŞ NATO üzrə müttəfiqləri ilə birgə gələn həftə Krım və Azov dənizində Rusiyanın hərəkətlərinə cavab ölçülərin seriyasının bəyəniləcəyinə ümid edir.
“Röyters” agentliyi xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Maykl Pompeo Senatda keçirilən dinləmələrdə bildirib.
Daha əvvəl NATO Krımın Rusiya tərəfindən ilhaqının beşinci ildönümüylə əlaqədar yaydığı bəyanatında yarımadanı Ukraynaya qaytarmağa çağırıb.
Qeyd edək ki, NATO xarici işlər nazirlərinin görüşü ABŞ-ın paytaxtında 3-4 aprel tarixlərində olacaq./Publika