“İsraillə böyük müharibə yaxınlaşır” – Həmas

Həmas rəhbərlərindən Husam Bedran işğal altındakı Qərbi Şerianın İsrail ilə birbaşa qarşıdurmaya yaxınlaşdığını ifadə edib.
Son günlərdə El-Xəlil və Selfit şəhərlərində şəhid olan Fələstinlilərə, Məscidi-i Aksa da və İsrail həbsxanalarında artan gərginliyə, siyasi danışıqların olmaması və iqtisadiyyatda geriləməyə diqqəti çəkən Bedran, bütün bunların müqavimət motivasiyasını artırdığını ifadə edib.
Bedran, "İsrail əgər xalqımızın Fələstindəki vəziyyət və ya beynəlxalq qarışıqlıq səbəbiylə müqaviməti buraxacağını düşünürsə, bilsin ki, biz yılmaz bir xalqıq" deyib.
Qeyd edək ki, İsrail əsgərləri dünən işğal altındakı Qərbi Şeriada, El-Xəlil və Selfit şəhərində 2 fələstinlini şəhid etmişdi.
Ayrıca Qüdsdə dünən Məscidi-i Aksa-nın qapılarını bağlayan İsrail polisi Hərəm-i Şərifin El-Əsbat (Aslanlı) qapısı qarşısında şam namazını qılan fələstinlilərə səs bombalarıyla müdaxilə etmişdi.
Müxalifət.az