Naxçıvanda binaların dam örtükləri təmir ediləcək
12-03-2019 18:31
Baxış sayı:
8386

Prezident İlham Əliyev çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Müvafiq sənədi AZƏRTAC dərc edib.
Sərəncama əsasən, çoxmənzilli binaların dam örtüklərinin təmiri məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 206 000 (iki milyon iki yüz altı min) manatı ayrılıb.
Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.