Azərbaycanda partlayış: Yaralananlar var
6-12-2018 20:51
Baxış sayı:
8623
Bu gün axşam saatlarında Xudat şəhərinin Əliağa Vahid küçəsində yaşayış evlərindən birində partlayış baş verib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, partlayış nəticəsində evdə olan iki nəfər ağır xəsarət alıb.
Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, partlayışa səbəb qaz balonunun partlaması olub.
Faktla bağlı araşdırma aparılır.