Nazirlikdəki köstəbək Rus-Türk diplomatik danışıqlarını sızdırıb

Adnan Oktar araşdırmasında etiraf etmiş şəxs olan şübhəlilərdən biri Xarici İşlər Nazirliyinin tərcüməçisi Leyla O. Moskva ilə aparılan diplomatik danışıqları bizə söyləyirdi - deyib, prokurorluq dərhal hərəkətə keçib.
Adnan Oktar və qrupuna yönəlik İstanbul Baş Prokurorluğu tərəfindən təxminən 4 ay öncə keçirilən əməliyyat çərçivəsində əvvəlcə Adnan Oktarın da aralarında olduğu 168 nəfər, 2-ci dalğada isə 7 nəfər həbs olundu. Etiraf etmiş şəxs olan şübhəlilər ifadələrində, Xarici İşlər Nazirliyi ilə anlaşmalı olaraq çalışan Rusiya əsilli tərcüməçi Leyla O.-nun xarici işlər naziri Mövlud Çavuşoğlu və nümayəndə heyətinin Rusiya ilə keçirdiyi görüşlərin tərcüməsini etdikdən sonra detalları Adnan Oktar qrupuna çatdırdığını deyib. Şübhəlilərin həmçinin Leyla O.-nun Rusiyada yaşadığını və Türk heyətlərinin Rusiyaya gedəndə bələdçilik və tərcüməçilik etdiyini də ifadələrində qeyd etdiyi öyrənilib.
PROKURORLUQDAN NAZİRLİYƏ YAZI
Bundan sonra Xarici İşlər Nazirliyinə sorğu göndərən prokurorluq nazirliyin Rusiya səfərləri zamanı belə bir tərcüməçiylə işləyib işləmədiyini soruşub. Prokurorluq həmçinin belə bir tərcüməçi ilə çalışıblarsa, açıq şəxsiyyət məlumatlarının də onlara verilməsini istəyib. Nazirlikdən isə hələ cavab gəlmədiyi öyrənilib.
Xarici işlər Nazirliyi ilə anlaşmalı olaraq çalışan Rus əsilli tərcüməçi Leyla O. araşdırmaya cəlb olunub.
Müxalifət.az