Fransadakı “sarı jilet” aksiyaları çığırından çıxdı! Polis bir qadını öldürdü

Baxış sayı:
5125

Fransada davam edən “sarı jiletli” aksiyaları getdikcə böyüyür. Marsel şəhərində evinin pərdəsini bağlamaq istəyərkən üzünə qaz bombası dəyən yaşlı qadın xəstəxanada həyatını itirib.
 
Yanacaq qiymətlərinin artmasına etiraz olaraq başlayan və ölkə daxilinə yayılan aksiyalarda bu ana qədər 100-dən çox adam yaralanıb. Yaralılar arasında 23 polisin olduğu bildirilir.
Aksiyalarla bağlı qəzalarda da 3 nəfərin həyatını itirdiyi güman edilir. Fransa Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bazar günü baş verən aksiyalarda ölkə daxilində 136 min nəfər iştirak edib.
“Sarı Jiletlər” adı verilən qrup üzvlərinin baş nazir Edouard Filipp ilə çərşənbə gününə planlaşdırılan görüşü təxirə salınıb.
 
Macrondan polislərə xüsusi bonus
 
Fransa prezidenti Emmanuel Makron şənbə günü baş verən aksiyalarda xidmət edən polislərə xüsusi mükafat verəcəklərini açıqlayıb.
Fransız mətbuatındakı xəbərlərə görə, polislərlə nahar yeməyində bir araya gələn Makron xüsusi bonus ödəyəcəklərini bildirib. Mükafatın miqdarına dair məlumat verilməyib.
 
Hökumətə istefa çağırışı
 
Parisdəki BBC müxbiri Hyu Schofield, qrupun içindəki mötədil və görüş tərəfdarı üzvlərin sərtlik tərəfdarı olan üzvlər tərəfindən basdırıldığı, hətta ölüm təhdidləri aldıqlarını bildirib.
Hərəkatın sözçüsü olaraq qarşıya çıxan Kristof Chalençon, bazar ertəsi günü hökumətə istefa çağırışı edib və təqaüddə olani general Pyer də Villiersin hakimiyyətə gətirilməsini tələb edib.
Pyer də Villiers, Fransa prezidenti Emmanuel Makron ilə büdcə məhdudiyyəti ilə bağlı anlaşmazlıq səbəbilə Fransanın baş qərargahının rəisi vəzifəsindən istefa etmişdi.
Müxalifət.az