Tanınmış jurnalist Speys TV-də işdən çıxarıldı
3-12-2018 20:12
Baxış sayı:
5683

Speys TV-nin xəbərlər departamentinin rəhbəri Azadə Balayeva işdən çıxarılıb.
Muxalifet.az-ın faktor.az-a istinadən məlumatına görə onun iki gün əvvəl işinə son verilib. Məlumatın düzgünlüyünü yoxlamaq üçün Azadə xanım və Speys rəhbərliyinin fikrini öyrənmək mümkün olmadı.
Qeyd edək ki, ötən ilin avqustunda da A. Balayeva sosial şəbəkədə Speys TV-dən ayrıldığını bildirmişdi.