Rusiyadan Ermənistana daha bir DƏSTƏK

Baxış sayı:
6679

Ermənistanda yerləşən Rus hərbi hava bazasındakı birliklər ilə Ermənistan ordusu birgə təlim keçirib. Təlim zamanı hava məkanı pozuntuları həyata keçirən saxta düşmən hədəfləri müəyyən edilərək püskürdülüb.
 
Rusiyanın Cənub HərbiDairəsindən verilən məlumata görə, Ermənistandakı Rus hərbi hava bazasındakı hərçilərlə Ermənistan ordusundan əsgərlər birgə təlim keçirib. Təlim zamanı hava məkanı pozuntuları həyata keçirən saxta düşmən hədəfləri müəyyən edilərək məhv edilib. Hava sərhədləri və mövqe qoruma ilə zərər görən hava vasitələrinə yardım əməliyyatları həyata keçirilib.
 
Birgə uçuş həyata keçirilib
 
Təlimdə istifadə olunan və yüksək və alçaqdan uçan düşmən hədəflərini izləyən Mig-29 təyyarəsi və Mi-8 vertolyotu Ermənistan sərhədləri boyunca birgə vəzifə sahələrində uçuş həyata keçirib.
Təlimdə Rusiyanın Erebunidəki bazasından Buk-M1-2, S-300b raket sistemləri, Mig-29 təyyarələri, Mi-24p və Mi-8 vertolyotları ilə Ermənistan ordusundan Su-35 təyyarələri iştirak edib.
Müxalifət.az