Azərbaycanda FETÖ-çulara xidmət edən yeni sayt

Baxış sayı:
4717

FETÖ, Azərbaycan ilə Türkiyə münasibətlərini pozmaq üçün fəaliyyətlərinə davam edir. Azərbaycanda təşkilatın qara təbliğatını aparan “Zaman” qəzetinin bağlanmasından sonra "yeniavaz” adlı internet saytı dövrəyə soxulub. Təşkilat buradan Türkiyə-Azərbaycan münasibətlərini hədəf alır.
 
Bu barədə Türkiyənin Haber7.com saytı xəbər verib.
Azərbaycan, FETÖ ilə mübarizədə Türkiyə ilə əməkdaşlıq edən ölkələrin başında gəlir. Prezident İlham Əliyevin FETÖ-ya qarşı davranışının prezidenti Rəcəb Tayyib Ərdoğan qədər dəqiq olduğu bilinir. 15 iyul dövlət çevrilişi cəhdindən sonra Azərbaycanda başda təhsil olmaqla, FETÖ-nun media təşkilatları və dərnəkləri ilə hər cür fəaliyyətinə son verilmişdi. Azərbaycanda 13 FETÖ məktəbi qapadıldı. Hələ də ölkədə varlığını davam etdirən FETÖ, Azərbaycanda “Zaman” qəzeti üzərindən media əməliyyatını aparırdı.


 
TÜRKİYƏ ƏLEYHİNƏ QARA TƏBLİĞAT
 
Hərəkətə keçən Azərbaycan, təşkilatın qara təbliğatını aparan “Zaman”ı bağladı. Təşkilat onun yerinə "yeniavaz” adlı internet xəbər saytını qurdu. “Zaman”da çalışan təşkilat işçiləri fəaliyyətlərini burada davam etdirir. Sayt, Türkiyə əleyhinə qara təbliğat və iki ölkə əlaqələrini pozmaq üçün hər cür yalan xəbərlərə imza atır.
İki ölkənin arasını vurmağa yönəlik səylər çərçivəsində sayt ötən günlərdə "Türkiyə, Ermənistan TIR-larına qapı açır” başlıqlı xəbər yaymışdı. Saytın başqa bir təxribat xarakterli xəbəri isə Gürcüstanın Batumi şəhərindən Azərbaycana saxta kimliklə girməyə çalışan FETÖ/PYD şübhəlisi Mustafa Ceyhanla bağlıydı. Ceyhan, Azərbaycan polisi tərəfindən həbs olunmuş, Türk polisinə təslim edilmişdi. "Yeniavaz” xəbər saytı Türkiyəyə təslim edilən FETÖ-çuları sanki qaçırılmış kimi "Türkiyəli iş adamı Azərbaycandan qaçırıldı” - deyə təqdim etmişdi.
Müxalifət.az