​Kanadadan Səudiyyəyə sanksiya - Qaşıqçı cinayəti

Baxış sayı:
12760

Camal Qaşıqçı cinayəti ilə bağlı Səudiyyə Ərəbistanının 17 vətəndaşına qarşı sanksiya qəbul etdik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Kanada Xarici İşlər naziri Kristia Frilənd deyib.
Onun sözlərinə görə, Qaşıqçı cinayətində əli olan şəxslərin hesabları dondurulub və onların Kanadaya girişi qadağan edilib.
Qeyd edək ki, səudiyyəli jurnalist C.Qaşıqçı Səudiyyənin İstanbul Baş Konsulluğunda vəhşicəsinə öldürülüb.
Onun ölümü ilə bağlı istintaq hələ də davam edir.