​Fransa çıxılmaz girdabda: Yeni etiraz dalğası başlayır

Baxış sayı:
12622

Fransada dizel yanacağının qiymətinin artırılmasından sonra 2019-cu ilin fevralında elektrik enerjisinin qiymətinin də 3-4 faiz artacağı gözlənilir.
Muxalifet.az xəbər verir ki, yerli mətbuat elektrik enerjisinin qiymətinin artırılmasının yeni etiraz dalğasına səbəb olacağından yazır.
Senat maliyyə komissiyasının təklifi əsasında əksəriyyəti sağçı olmaqla Senatın üzvləri enerji məhsulları ilə bağlı daxili vergi tariflərinin 2018-ci ildəki səviyyədə saxlanmasına səs veriblər. Komissiya məcburi vergilərin artıq son dərəcə yüksək olmasının nəzərə alınmasının vacibliyini bildirib.