Marneulinin kəndində qarşıdurma – VAŞADZENİN QƏLƏBƏSİ ETİRAZ DOĞURUB - Video
28-11-2018 23:33
Baxış sayı:
5266

Marneuli rayonunun İmir kəndində səslərin sayılması prosesi zamanı qarşıdurma baş verib. Muxalifet.az xəbər verir ki, qarşıdurma 59 saylı seçki məntəqəsində Griqol Vaşadzenin qələbəsi elan olunandan sonra başlayıb. Müxalif namizəd qalib gəlsə də, hakim partiyanın nümayəndələri protokolların Mərkəzi Seçki Komissiyasına getməsinə icazə verməyiblər, çünki komissiyanın sədri protokolun surətini çıxarmaq üçün icazə verməyib. Hadisə nəticəsində polis hərəkətə keçib və nəticədə qarşıdurma güc tətbiqinə səbəb olub. İqtidar partiyasının nümayəndələri əvvəlcə müxalifət nümayəndələrinə qarşı çıxıblar, sonra polislə hakim partiyanın arasında qarşıdurma davam edib. Muxalifet.az