İtaliyalı nazir mafiozun villasını dağıtdı - VİDEO
28-11-2018 16:11
Baxış sayı:
4210

İtaliyanın daxili işlər naziri Matteo Salvini paytaxt Romada nüfuzlu mafiya klanının rəhbərinə məxsus villanı şəxsən özü ekskavatorla dağıdıb.
Muxalifet.az “ТСН”ə istinadən xəbər verir ki, mafiya başçısının villasının sökülməsi prosesində ilk zərbəni Salvini özü vurmaq istəyib və bu məqsədlə başına dəbilqə keçirərək ekskavatorun sükanı arxasında əyləşib. Daha sonra isə villanı dağıtmağa başlayıb.
Villaya yetərincə zərbə vurduqdan sonra İtaliyanın daxili işlər naziri söz verib ki, ölkədəki bütün qanunsuz tikililəri yerlə-yeksan edəcək və cinayətkarlar amansızcasına təqib olunacaq.
Qeyd dək ki, ötən həftə İtaliya polisi mafiya üzvlərinə məxsus 8 dəbdəbəli villanı müsadirə edib. Onların içində narkotik, pullar və zinət əşyaları aşkar edilib.