Ərdoğan araya girdi! Putin və Poroşenko ilə danışdı

Baxış sayı:
4654

Son günlərdə müharibənin astanasına gələn Rusiya ilə Ukrayna arasındakı gərginliyi azaltmaq üçün Türkiyə hərəkətə keçib.
 
 Prezident Ərdoğanın araya girməsi ilə ilk təşəbbüsü edən və iki liderlə də danışan Ərdoğanın, problemləri diplomatik yollarla həll etməyin əhəmiyyətini vurğuladığı bildirilib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko ilə telefonla danışıb. Prezident mənbələrindən verilən məlumata görə, hər iki görüşdə də Qara dənizdə Rusiya ilə Ukrayna arasında son günlərdə yaşanan gərginlik müzakirə olunub. Hər iki tərəfi dinləyən və gərginliyə dair narahatlıqlarını dilə gətirən prezident Ərdoğanın, problemləri diplomatik yollarla həll etməyin vacibliyini vurğuladığı qeyd edilib.
Müxalifət.az