“Synergy Group”un şirkətlərindən biri ləğv olunur

Baxış sayı:
4330

“Synergy Sport” MMC ləğv olunduğunu elan edib.

Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 55, mənzil 23 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Synergy Sport” 2013-cü ilə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Şirkət “Synergy Group” MMC-yə daxildir.