Minbaşı Arslanı şəhid edən terrorçu öldürüldü
28-11-2018 13:51
Baxış sayı:
4258

Türkiyənin Malazgird bölgəsində minbaşı Arslan Qulaqsızı şəhid edən və başına 300 min lirə mükafat qoyulan boz siyahıdakı PKK-lı terrorçu öldürülüb.
Türkiyənin Daxili İşlər Nazirliyindən edilən açıqlama bu şəkildədir:
“Malazgird-in Tatargazi kəndində keçirilən əməliyyatlarda 2 terrorçu zərərsizləşdirilib. Terrorçulardan birinin 27.07.2015 tarixində Malazgird Rayon Jandarm komandiri mayor Arslan Qulaqsızı şəhid edən Çektar Soro kod adlı Məhəmməd Qaya olduğu müəyyən edilib. Digər terrorçu isə, terrordan axtarılanlar siyahısında 300 min TL mükafatla boz kateqoriyada yer alan sözdə Ərzurum vilayəti Şərq Gücü məsulu Zinar Amed kod adlı Ali Ağbaş olduğu müəyyənləşdirilib".
Müxalifət.az