40 reaktiv təyyarə Rusiyaya qarşı havaya qalxdı!

Baxış sayı:
8020

Son günlərdə Avropa ölkələrinin hədəfində olan Rusiyanı İngiltərə də təhdid edib, 40 müxtəlif reaktiv təyyarələrin iştirak etdiyi bir təlim keçirilib.
 
İngiltərə, ABŞ və Fransa təyyarələri ilə birgə, Şimal dənizində təlim keçirərək Rusiyaya gözdağı verib. Aralarında F-15-lər, F-35b Lightning-lər və Rafale təyyarələri olan 40 hərbi təyyarənin iştirak etdiyi təlim, İngiltərə səmalarında həyata keçirilib.
“Point Blank” adı verilən təlimin mövzusu, ABŞ, Fransa və İngiltərənin Şimal Dənizində təhdid olaraq gördüyü Rusiyaya qarşı keçiriləcək mümkün müdaxilədir.
Fransız Rafale döyüş təyyarələri bu tip bir təlimə ilk dəfə qoşulub.
 
Rusiya meydan oxuyur
 
İngilis Hava Qüvvələrində xidmət edən kontradmiral Jez Attridge, "Şərtlərin dəyişdiyinin fərqindəyik, Rusiyanın beynəlxalq qaydalara meydana oxuduğunu görə bilirik" deyə açıqlama edib və keçirilən təlimi təhlükəsizlik tədbiri kimi qiymətləndirib.
Müxalifət.az