​Sarkisyanın oğlu qəzaya düşdü - FOTOLAR

Baxış sayı:
3688

Ermənistanda Respublika Partiyasının lideri, “Biz” blokunun seçki siyahısına rəhbərlik edən Aram Sarkisyanın 25 yaşlı oğlu Qurqen Sarkisyan qəzaya düşüb.
Muxalifet.az "Shamhsyan.com"-a istinadən xəbər verir ki, Mxçyan kəndində Qurqen Sarkisyanın idarə etdiyi "Nissan Pathfinder" avtomobili 40 yaşlı Armen Poqasyanın idarə etdiyi GAZ 2705 yük avtomobili ilə toqquşub.
Müxtəlif bədən xəsarətləri alan sürücülər xəstəxanaya yerləşdiriliblər. Qəzanın baş verməsi ilə bağlı yol polisi tərəfindən araşdırma aparılır.