​Rusiya gərginliyi PİK HƏDDƏ çatdırdı: Hərbçilər həbs edildi

Baxış sayı:
3697

Rusiya Qara dənizin Krım sahillərində ələ keçirdiyi Ukrayna hərbi gəmilərinin 24 nəfərlik heyətindən 7-i həbs edib.
Muxalifet.az Publika.az-a istinaden xəbər verir ki, bu barədə “Ria Novosti” agentliyi məlumat yayıb.
Belə ki, Krımda yerləşən Rusiya məhkəməsi ölkənin su sərhədlərini qanunsuz şəkildə keçdiyinə görə 7 hərbçi haqqında 2 ay müddətinə həbs qərarı çıxarıb.
Digər hərbçilərin məhkəmə prosesi isə davam edir.
Qeyd edək ki, Kerç boğazında Rusiyanın hərbi gəmiləri ilə Ukrayna donanmasına aid 3 gəmi arasında silahlı qarşıdurma yaşanmışdı. Rusiya gəmiləri ölkənin su sərhədini pozması iddiası ilə Ukraynanın hərbi gəmilərinə atəş açmışdı. Nəticədə, Ukrayna Hərbi Dəniz Qüvvələrinin 6 hərbçisi yaralanmışdı.