​Trampdan təklif: ABŞ-da dövlət televiziyası yaradılsın

Baxış sayı:
5905

CNN telekanalı ilə rəqabət apara biləcək dövlət televiziyası yaratmaq lazımdır.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
Tramp qeyd edib ki, ABŞ-da “güclü səs”i, amma aşağı reytinqi olan CNN ölkədə baş verən hadisələri dünyaya ədalətsiz və yanlış şəkildə göstərir:
“Buna qarşı nəsə etmək lazımdır. Qüdrətli dövlət olduğumuzu dünyaya göstərmək üçün öz ümumdünya şəbəkəmizi yarada bilərik”.