​“Üzərinizə asfalt tökəcəyəm” - Paşinyan məmurları hədələdi

Baxış sayı:
5893

Ermənistan baş nazirliyinə namizəd Nikol Paşinyan Spitak rayonunda seçki kampaniyası çərçivəsində Respublikaçı Partiyasının üzvləri olan kənd icmalarının rəhbərlərini təhdid edib.
Muxalifet.az Teleqraf.com-a istinaden xəbər verir ki, o, seçiləcəyi halda respublikaçı olan bütün kənd rəhbərlərini vəzifələrindən uzaqlaşdıracağını deyib.
Seçiciləri ilə görüşən Paşinyan çıxışında bildirib: “Niyə respublikaçı kənd rəhbərləri hələ də öz postlarında qalırlar? Seçkilərlə kəndliləri qorxutmaq üçün, yoxsa ağlımıza gəlməyən başqa səbəblər var? O zaman bilin ki, seçildikdən sonra ofislərinizə gələcəyəm və sizi boynunuzun arxasından tutub kənara atacağam”.
Çıxışına davam edən Paşinyan qeyd edib: “Bu ölkədə vətəndaşı qorxutmaq istəyən varmı? Siz kimsiniz? Hamınızın üzərinə asfalt tökəcəyəm. Respublikaçılar və oliqarxlar, sizin üzərinizdən asfalt yol çəkəcəyəm, o asfaltın altından çıxa bilməyəcəksiniz”