Vəliəhd Şahzadə bin Salman üçün həbs tələbi

Baxış sayı:
6109

İnsan Haqları İzləmə Təşkilatı, Səudiyyə jurnalisti Camal Qaşıqçı sui-qəsdi ilə bağlı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın həbs olunması üçün ittihamnamə ilə çıxış edib.
 
İnsan Haqları İzləmə Təşkilatı(HRW) G-20 Sammitində iştirak etmək üçün Argentinaya getməsi gözlənilən vəliəhd şahzadə Salmannın həbs olunmasını tələb edib. Vəliəhd şahzadə bin Salmanın həbs olunma səbəbi Qaşıqçı cinayəti və Yəmənə qarşı keçirilən hərbi əməliyyatlar göstərilib.
 
Argentina məhkəməsinə müraciət edilib
 
Beynəlxalq İnsan Haqları İzləmə Təşkilatı (HRW) müraciətini Argentina məhkəməsinə verib.
Səudiyyə Ərəbistanının vəliəhd .ahzadəsi Məhəmməd bin Salman haqqında paytaxt Buenos Ayresdə federal məhkəməyə cinayətlə bağlı müraciət edən HRW, Səudiyyə vəliəhd şahzadəsi Salmanın Yəməndə işlənən müharibə cinayətlərində və Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın da işgəncə görərək öldürülməsində rolu olduğunu iddia edib.
Müraciətdə, Səudiyyə vəliəhd şahzadəsinin Buenos-Ayresə səfəri zamanı həbs olunması tələb edilib.
Müxalifət.az