​"KTMT-də kimə bel bağlayacağımızı bilməliyik" - PAŞİNYAN

Baxış sayı:
5797

"Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkialtının (KTMT) üzv ölkələri bir-birinə qarşı müttəfiqlik öhdəliklərini dəqiqləşdirməlidir".
Bunu Vanadzor şəhərindəki mitinq iştirakçıları qarşısında Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.
“Bildiyiniz kimi, son vaxtlar KTMT-də qızğın müzakirələr gedir. Bəli, bu müzakirələrin hədəfi üzv ölkələrin bir-birinə qarşı hansı öhdəliklər daşıdığına aydınlıq gətirməkdir. Biz kimə bel bağlayıb-bağlamayacağımızı nəhayət ayırd etməliyik”, – o vurğulayıb.
N.Paşinyanın sözlərinə görə, Ermənistan üçün “müqaviləyə əsasən Ermənistanın müttəfiqi sayılan bəzi ölkələrin bizə o qədər də dost olmayan qonşumuza silah satmaları bir qədər müəmmalıdır... Bu məsələni müttəfiqlərimizlə müzakirə etməyi səmimi qəlbdən istərdik”./report/