Rusiya, Ukraynalı ekipajın etiraf videosunu yaydı

Baxış sayı:
5746

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Kerç boğazında baş verən böhranla bağlı Ukraynalı zabitlərin etiraf videosunu yayıb.
 
Rusiya Federal Təhlükəsizlik Xidməti(FTX), 25 noyabr hadisələri haqqında, Ukrayna donanmasına aid üç gəminin Rusiya Federasiyası dövlət sərhədini pozduğu ittihamı ilə nəzarətə aldığı gəmi və heyəti ilə bağlı ətraflı hesabat yayıb. Hesabatda aksiyanın qıcıqlandırıcı bir aksiya olduğu bildirilərkən, aksiyanı koordinasiya edən Ukraynalı zabitlər birbaşa məsul tutulub. FTX, həmçinin Ukrayna hərbi gəmilərinin Kiyev orqanlarının birbaşa göstərişlərini yerinə yetirdiyini də bildirib.
Hesabatda, “Kerç boğazındakı Ukrayna Dəniz Qüvvələri gəmilərinin təxribatı, Kiyev orqanlarının birbaşa göstərişilə həyata keçirilib. Təlimatın məsulu 2 Ukrayna zabitidir” deyə qeyd olunub.
FTX, hesabatla yanaşı, Ukraynalı zabitlər kapitan Anderi Draç və Rank Vladimirə aid “sərhəd pozuntusunu biz etdik” etiraflarının yer aldığı video materiallar dərc edib.
Görüntülərdə "Yany Qabı" və kiçik zirehli "Berdyansk" və "Nikopol" gəmilərini idarə edən Vladimir Lesovoy, Rusiya Federasiyasının dövlət sərhədini keçdikdən sonra, FTX-nın sərhəd xidmətinin gəmilərini vizual olaraq müşahidə etdiyini etiraf edib.
Ancaq bəzi mənbələr, Lesovoyun gözləri ilə hazır yazılmış bir mətni oxuduğunu, etirafın zorla etdirildiyini iddia edib.
Müxalifət.az