“İŞİD şarını biz partlatdıq” – ƏRDOĞAN

Baxış sayı:
5770

Partiyasının qrup toplantısında gündəmi dəyərləndirən prezident Rəcəb Tayyib Ərdoğan, terrorla mübarizə ilə bağlı önəmli mesajlar verib:
 
İŞİD ŞARINI TÜRKİYƏ PARTLATDI
 
“Türkiyənin ərazi bütövlüyünü qorumağa cəhd edən hər səyin yanında yer aldıq. Hər kəs Suriyada maraq arxasınca qaçarkən bir risk etdik, sahəyə girdik, bu terror təşkilatına ən ağır zərbə vurduq. Regionumuzdakı İŞİD şarını, Türkiyənin Fərat Qalxanı Hərəkatı ilə partlatmışdır. İslamın başındakı ən böyük dərdlərdən biri olan bu təşkilatı biz dağıtmağa başladıq. İŞİD-a qarşı olduğunu deyənlər onlara qarşı ən kiçik bir mübarizə belə etmədilər.
 
BURADAN DÜNYAYA MÜRACİƏT EDİRƏM: TƏƏHHÜD EDİRİK
 
Buradan bütün dünyaya müraciət edir və deyirəm ki, Suriyada İŞİD yoxdur. İŞİD görüntüsü altında varlıqlarının davam etdirilməsinə icazə verilən bir sıra cinayət qrupları var. Biz Türkiyə olaraq bir neçə gün, həftə ərzində bu təşkilatın qalıqlarını bitirməyi təəhhüd götürürük. Başqa bir oyun da sərhədlərimiz boyunca oynanır. Türkiyə sərhədlərində İŞİD ünsürü qalmadığı halda, on minlərlə insanı silahlandıranların dərdinin terrorla mübarizə olmadığı aydındır. Bunlar terrorçularla yatır, durur, onlarla yeyir, içir. PKK-nın Suriya qolunu təşkil edən bu terror təşkilatının hədəfi Türkiyədir. Bunlara səssiz qalmağımız mümkün deyil. Başlarına mükafat qoyduqları terrorçulardan əmr alan, bu təşkilatla əlaqə quranlar özlərini aldadırlar. Dağlara qaçırılan qızların başlarına gələnləri bütün dünya izləyir. Onlardan doğulan uşaqlar da Avropada orda, burda satılır. Bunlar bu qədər təhlükəli bir təşkilatdır.
 
MİLLİ TƏHLÜKƏSİZLİK ŞURASINDA MÜHÜM QƏRARLAR VERƏCƏYİK
 
Terrorçuları məhv edərək qəlblərimizi şad edəcəyimiz günlər çox yaxındır. Ölkəmizə bu günə qədər verdikləri sözləri yerinə yetirməyənlər artıq yolun sonuna gəldiklərini görməlidirlər. Ölkəmizi hədəfə alan terrorçuların önündən çəkildikləri təqdirdə Türkiyənin yanında yer aldıqlarını anlayacağıq. Bu qrup toplantısından sonra keçirəcəyimiz MTŞ-də bu məsələləri qiymətləndirəcək, çox mühüm qərarlar verəcəyik. Artıq yolun sonuna gəldiklərini görməlidirlər. Müttəfiq olduqlarını, strateji tərəfdaş olduqlarını deyənlər üçün məhz bu fürsətdir. Ölkəmizi hədəfə alan terrorçuların önündən çəkildikləri zaman Türkiyənin yanında olduqlarını dərk edəcəyik. Əks təqdirdə Türkiyənin mənfəəti üçün nə etmək lazımdırsa, edəcəyik.”
Müxalifət.az