Almaniyadan Rusiyaya ard-arda gələn təpki: DƏRHAL BURAXIN!

Berlində Xarici Siyasət Forumunda çıxış edən Almaniyanın müdafiə naziri Ursula fon der Leyen, Ukrayna ilə yaşanan böhranda Rusiyanın nəzarətinə götürdüyü dənizçiləri dərhal azad etməsi lazım olduğunu söyləyib. Xarici işlər naziri Heiko Maas isə çıxışında Rusiyanın beynəlxalq hüquqa sadiq qalması lazım olduğunu bildirib.
Qeyd edək ki, bazar günü Azov dənizində Rus döyüş gəmiləri ilə Ukrayna döyüş gəmiləri qarşı-qarşıya gəlmiş, Rus su sərhədlərinə daxil olduğu iddiası ilə Rusiyaya məxsus döyüş gəmiləri Ukrayna döyüş gəmilərinə hərbi müdaxilə etmişdi. Ukrayna döyüş gəmilərinə atəş açan Rus gəmiləri 6 Ukrayna əsgərinin yaralanmasına səbəb olmuş və iki ölkə sanki müharibənin astanasına gəlmişdi.
Almaniyanın baş kansleri Merkel ilə bir telefon danışı həyata keçirən Rusiya prezidenti Putin, "Ukraynada hərbi vəziyyət elan edilməsindən və ordularının müharibəyə hazır vəziyyətə gətirilməsindən ötrü dərin narahatlıq keçiririk. Ukraynanın tələsik qərarlar verməsinin qarşısının alınması üçün Almaniyanın Kiyev rəhbərliyinə təsir göstərməsinə ümid edirik" demişdi.
Müxalifət.az