​Putin Ukraynadakı dayağını İvanişviliyə yardıma göndərdi

Baxış sayı:
5935

Gürcüstandakı prezident seçkisinə iki gün qalmış Rusiya Prezidenti Vladimir Putin yaxın adamı Viktor Medvedçuku Tiflisə göndərib.
Bunu Pirveli TV-yə müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. Onun sözlərinə görə, Putinin sağ əli olan Medvedçuk Gürcüstanan İvanişvilinin uduzmasına görə göndərilir:
“Medvedçuk Rusiya hakimiyyətinə ən yaxın şəxslərdən biridir. O, 26 noyabrda Gürcüstana gəlib və İvanişvili ilə görüşüb. İvanişivili Vaşadzeni rusiyayönlü siyasətçi olmaqda ittiham edir, amma maraqlıdır ki, Putin Medvedçuku nədənsə onun yanına göndərir. Məncə, Putin İvanişvilinin seçkini uduzacağını təxmin edir. Rusiya televiziyaları Salome Zurabişvilini dəstəkləyirlər, amma gürcü xalqı öz seçimini edəcək. Biz heç kimə Gürcüstanda özbaşınalıq etmək haqqı verməyəcəyik”.
Qeyd edək ki, Medvedçuk Ukraynanın Seçimi Hərəkatının liderlərindəndir. O, Rusiyanın Ukraynadakı əsas təsir vasitələrindən biri sayılır. Putin Medvedçukun qızı Daryanın xaç atasıdır./Axar.az