Əlcəzairdən Səudiyyə şahzadəsinin ölkəyə səfərinə etiraz

Əlcəzairdəki Milli Bina Hərəkatının sədri Əbdülqadir bin Karına, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ölkəyə səfər etməsini istəməməsinin 14 səbəbi olduğunu bildirib.
Əlcəzairin sabiq turizm naziri (1997-1999) bin Karına, partiyasının Facebook hesabından verdiyi açıqlamada, yerli mətbuatda yer alan, bin Salmanın 6 dekabrda Əlcəzairi ziyarət edəcəyi istiqamətindəki xəbərlərə münasibət bildirib.
Əbdülqədir bin Karına, Əlcəzair Xarici İşlər Nazirliyinin, siyasi qərar mexanizmində çatlaq əmələ gəlməsinə səbəb ola biləcək və səfərlə bağlı addım atarkən ehtiyatlı davranmasını tələb edəcək 14 səbəb olduğunu bildirib.
Sözügedən səbəblər arasında, iki ölkə arasında, Yəmən, Liviya, Suriya, Tunis, Fələstin, Qərb Səhra, Qətərə tətbiq edilən blokada və Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın öldürülməsində fikir ayrlıqlarının yer aldığını qeyd edən Əbdülqadir bin Karına, "Səfərin xalq tərəfindən rədd edildiyini demirəm, ancaq xoş qarşılanmadığı qətidir. Ümid edirik ki, siyasi partiyalarla hakimiyyət və xalq arasında artan inam böhranının daha da pisləşməməsi üçün uzaqgörən və ağıllı hərəkət edilir". deyə söyləyib.
Milli Bina Hərəkatının xarici əlaqələr söz mövzusu olduğunda "dövlətin milli maraqları" dairəsindən kənara çıxmayacağına işarə edən Əbdülqadir bin Karına, partiyaların bu səfərlə bağlı davranışlarında bariz bir ziddiyyət olduğunu bildirib.
Qeyd edək ki, Camal Qaşıqçı cinayətindən sonra çıxdığı xarici turun ilk ayağı olaraq cümə günü Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedən Səudiyyə vəliəhdi, 3 günlük səfərdən sonra bazar günü axşam Bəhreynə keçmişdi. Bin Salman, Bəhreynin ardınca dünən də Misirə səfər edib.
Bin Salmanın G-20 Sammiti çərçivəsində başlatdığı tur çərçivəsində Tunis, Əlcəzair və Mavritaniyanı da ziyarət edəcəyi bildirilir.
Müxalifət.az