NATO-dan Ukraynaya dəstək: ARXANIZDAYIQ

Baxış sayı:
4963

NATO-nun baş katibi Stoltenberg, Brüsseldəki NATO-Ukrayna Komissiyasının fövqəladə toplantısından sonra keçirdiyi mətbuat konfransında "NATO, bütün üzvləri ilə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Rusiyanı, əl qoyduğu Ukraynaya məxsus gəmi və əsgərləri bir an öncə sərbəst buraxmağa dəvət edirik" deyib.
 
DURUM SON DƏRƏCƏ CİDDİDİR
 
Rusya və Ukrayna arasında baş verən proseslərin son dərəcə “ciddi" olduğuna diqqəti çəkən Stoltenberq, "Ukrayna gəmilərinə qarşı hərbi qüvvə tətbiq edilməsinin qanuni bir açıqlaması yoxdur" deyə dsöyləyib.
Qeyd edək ki, dünən səhər saatlarında, Azov dənizində Rus döyüş gəmiləri ilə Ukrayna gəmilərinin qarşı-qarşıya gəldiyi bildirilib. Rusiyaya məxsus döyüş gəmiləri, Rus quru sularına daxil olduğu iddiasıyla Ukrayna döyüş gəmilərinə müdaxilə etmişdi.
Müxalifət.az