Peterburqda «xalq toplantısı» keçiriləcək – Ukrayna ilə müharibəyə qarşı…

Baxış sayı:
4867

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Peterburqun mərkəzində «Müddətsiz etiraz»ın iştirakçıları Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həlli üçün «xalq toplantısı» keçirməyə hazırlaşırlar.

Fəallar «qardaş xalqlar arasında dostluq» tərəfdarı rolunda çıxış edirlər. Onlar deyirlər ki, insanlar bir-birini düşmən hesab etmirlər və istisnasız olaraq, sülh tərəfdarı kimi çıxış edirlər – hakimiyyət nümayəndələrinin mövqeyindən asılı olmayaraq.

Xəbər verildiyi kimi, noyabrın 26-da Ukraynanın 3 hərbi gəmisi Rusiyanın ərazi sularına daxil olub. Qrup Kerç körpüsü altından Azov dənizinə keçmək niyyətində olub. Gəmilər saxlanıb. Ukrayna tərəfi Rusiyanın bu hərəkətini «təcavüz aktı» adlandırıb.