Vəliəhd Şahzadənin görüş istəyinə, baxın, Ərdoğan nə cavab verdi...

Baxış sayı:
5089

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək G-20 Sammitində prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyi olduğunu bildirib.
Çavuşoğlu vəliəhd şahzadənin Ərdoğana görüş üçün zəng etdiyini deyib:
“Vəliəhd şahzadə Məhəmməd bin Salman görüş xahişi üçün Ərdoğana telefonla zəng edərək, Buenos-Ayresdə görüşmək imkanını soruşub. Ərdoğan dəqiq bir şey söyləməyərək “baxarıq” deyə cavab verib. Bu an üçün vəliəhd şahzadə ilə görüşməmək üçün bir səbəb yoxdur”. 

Müxalifət.az