UKRAYNALILAR HÜCUMA KEÇDİ - Ukrayna-Rusiya münaqişəsində pik hədd / VİDEO

Baxış sayı:
7855

Ukraynanın Xarkov şəhərində yüzlərlə insan Rusiyanın Baş Konsulluğunun binasına hücum edib.

Muxalifet.az “qafqazinfo”ya istinadən xəbər verir ki, konsulluğun yerləşdiyi küçəni bağlayan etirazçılar Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi və hərbi əsirlərin azad edilməsi tələblərini səsləndiriblər. Nümayişçilər konsulluğun girişinə 2 ədəd şin qoyaraq əllərindəki məşəlləri binaya atıblar.

Binaya məşəl atanların çoxu üzünü gizlədib. Daha sonra isə şinlər yandırılıb. Onları xilasedicilər söndürməyə müvəffəq olub. Etirazçılar bununla da kifayətlənməyərək Rusiyanın bayrağını yandırıblar.