Çin təyyarəsi sərhədi pozdu – Koreya qırıcıları qaldırdı
26-11-2018 19:04
Baxış sayı:
3196

Çin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Cənubi Koreyanın hava məkanını pozub.
Muxalifet.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi informasiya yayıb.
Çin təyyarəsinin hava sərhədlərini pozması səbəbindən Cənubi Koreya qırıcıları xəbərdarlıq məqsədi ilə havaya qaldırılıb.