​Fransanı Tramp qarışdırır? - Getdikcə böyüyən aksiyalar və... - ŞOK İDDİA

Baxış sayı:
3595

Fransada qiymət artımına, xüsusilə yanacağın qiymətinin və yanacağa 2019-cu ildən etibarən tətbiq ediləcək verginin artırılmasına etiraz olaraq keçirilən aksiyalarının miqyası getdikcə genişlənməkdədir.
Noyabrın 17-dən bu yana davam edən aksiyalara yüz minlərlə insan qatılıb.
Paytaxt Parisdə keçirilən aksiyalar polislə daha sərt qarşıdurmalara gətirib çıxarıb. Şəhərin küçələrində tez-tez alovlar yüksəlir, ticarət mərkəzləri və iş yerləri qarət edilir. Ölkə miqyasında çoxlu sayda neft anbarının çıxış və girişləri etirazçılar tərəfindən tutulub.
Qarşıdurmalarda 136-sı təhlükəsizlik işçisi olmaqla, 756 nəfər yaralanıb və 693-ü saxlanılıb. Nümayişlər zamanı iki nəfər həyatını itirib.
Hadisələri diqqətlə izləyən siyasi şərhçilər isə ABŞ və Fransa arasındakı hazırkı münasibətlərə diqqət çəkirlər. Onların fikrincə, Fransa prezidenti Emmanuel Makronun “ABŞ, Çin və Rusiyadan müdafiə olunmaq üçün” Ümumavrupa ordususunu qurmaq istədiyini açıqlamasından sadəcə 10 gün sonra ölkənin qarışması təsadüf deyil.
Xatırladaq ki, Makronun təklifi Rusiya prezidenti Vladimir Putin tərəfindən “tamamilə təbii” qarşılanmışdı: “Düşünürəm ki, bu, dünyada çoxqütblüyün möhkəmləndirilməsi nöqteyi-nəzərindən müsbət prosesdir”.
Təbii ki, Avropanın vahid ordusu ideyası birqütblüyün tərəfdarı olan Amerikanın ürəyincə olmadı. Tramp Makronun sözlərinə sərt reaksiya verdi. ABŞ lideri xatırlatdı ki, birinci və ikinci dünya müharibələrinin səbəbkarı məhz Almaniya olub.
“ABŞ gəlməsəydi, Parisdə alman dilini öyrənməyə başlamışdılar”, - Tramp söyləmişdi.
Qiymətlərin artımını bəhanə edərək ölkəni yanğın yerinə çevirən nümayişçilər Makronu da istefa verməyə çağırırlar./Publika.az