Baş verən böhrandan sonra Ukraynadan kritik qərar!

Baxış sayı:
3076

Ukraynanıın dövlət başçısı Pyotr Poroşenko, ölkəsində hərbi vəziyyət elan edilməsini nəzərdə tutan qərarı imzalayıb.
 
Pyotr Poroşenko, Qara dənizdə Rusiya ilə yaşanan gərginlikdən sonra hərbi vəziyyət qanununu imzalayıb.
Hərbi vəziyyət, bu gün Ukrayna saatı ilə 15.00-da başlayıb və 25 yanvar 2019-a qədər davam edəcək.
Hərbi vəziyyətin qəbul edilməsi Qara dənizdə Rusiya ilə yaradılan gərginliklə bağlı şübhələr yaradır. Prezident seçkisi öncəsində Poroşenkonun Ukraynada nüfuzu çox aşağı olduğu üçün hərbi vəziyyət elan edilməklə seçkilərin keçirilməsi bir müddət əngəlləyə və zaman qazana bilər. Bu qərarın təcili qaydada qəbul olunması da Qara dənizdəki hadisələrin bilərəkdən törədilməsi şübhəsi yaradır.
Müxalifət.az