Ərdoğandan sərt açıqlama: “İslam terroru deyirlər, amma xristian yaxud musəvi terroru demirlər”

Beynəlxalq Narkotik Siyasətləri və Xalq Sağlamlığı Simpoziumunda çıxış edən prezident Ərdoğan, Fransadakı olaylara da toxunub:
PARİSDƏKİ HADİSƏLƏRİ GÖRMÜRLƏR
“Keçmişdə və ya bu gün müxtəlif inanclardan olan insanların yaşadığı məkanda terror problemi görülmüşdür. Belə bir şeyi Müsəlman olan regionlarda var kimi göstərmək terrorun qarşısını almaqda böyük bir problemdir. İslamla terroru kimsə bir araya gətirə bilməz. Amma dərdləri başqadır. Bu İŞİD kimi təşkilatlarla İslamı çirkləndirmək istəyirlər. Buna imkan verməyəcəyik. Xristian terroru ya da Yəhudi terroru deyirsinizmi? Xeyr demirsiniz. Türkiyədəki “Gəzi” hadisələrində hadisələrində beynəlxalq media hər dəqiqə Taksim meydanını göstərirdi. Hazırda Parisdə hadisələr var, Parisdə qarşıdurma və yanğın var. Amma görmürlər.”
Müxalifət.az