Röya Əfqanıstanın ABŞ-dakı ilk qadın səfiri oldu
26-11-2018 14:27
Baxış sayı:
2890

Tarixdə ilk dəfə bir qadın Əfqanıstanın ABŞ-dakı səfiri vəzifəsinə təyin edilib.
Bu barədə əfqan telekanalı 1TVNews məlumat yayıb.
"Röya Rəhmani Əfqanıstanın istedadlı diplomatlarından biridir, hansı ki, İndoneziyada müvəffəqiyyətlərə nail olub. Rəhmani ABŞ-da yeni səfir təyin edilib və tezliklə işə başlayacaq", - bunu Əfqanıstan prezidentinin mətbuat katibi Harun Çaxansuri bildirib.