İŞİD-ə əsir düşdülər!

Baxış sayı:
3091

Suriyada sözdə İŞİD-la mübarizə üçün ABŞ tərəfindən silahla təchiz edilən terror təşkilatı YPG/PKK, Deyr ez-zorda ağır bir zərbə alıb. İŞİD terrorçuları şəhərin şərqində yerləşən YPG işğalındakı Bahra qəsəbəsinə gecə basqın təşkil edib. Gedən döyüşlərdə YPG-nin çatı təşkilatı olan Suriya Demokratik Qüvvələrindən (SDG) 24 terrorçu həyatını itirib, 10-u da terror təşkilatı İŞİD tərəfindən əsir götürülüb. Yerli qaynaqlar, basqın nəticəsində YPG-nin Bahra qəsəbəsini İŞİD-a təhvil verdiyini bildiriblər.
 
30 MİN NƏFƏRLİK TERROR ORDUSU YARANACAQ
 
Ərəb mətbuatına danışan YPG-li terrorçu, həmçinin, 30 min nəfərlik yeni bir terror ordusu qurulacağını ideyib. YPG-li terrorçu, "ABŞ əsgərləri 30 min yeni SDG döyüşçüsünü təlim edərək silahlandıracaq. Bu güc, İŞİD-ın yatan bölmələrinə və Suriyadakı İran hərbi varlığına qarşı mübarizə aparacaq" deyib. Terrorçu, bundan başqa, ABŞ ilə YPG arasındakı müqavilənin 2019 ili sonunadək uzadıla biləcəyini bildirib.

Müxalifət.az