ABŞ-ın Müşahidə Mənətəqələri terror layihəsidir

ABŞ-ın "bölgənin təhlükəsizliyi” yalanı ilə Suriyanın şimalına quracağı müşahidə məntəqələri üçün terror təşkilatı PYD/PKK ilə müqavilə imzaladığı ortaya çıxıb. Bu çirkli əməkdaşlığı YPG etiraf edib. Qurulacaq Müşahidə Məntəqələrində ABŞ-lı əsgərlər ilə terrorçular birlikdə xidmət edəcək.
Türkiyənin Fəratın şərqini terror təşkilatı YPG/PKK-dan təmizləmə qətiyyəti və bölgədəki terror mövqelərini top atışları ilə vurmasından sonra terrorçuları qoruma təlaşına qapılan ABŞ-ın "müşahidə nöqtələri” oyunu ifşa olub. ABŞ-ın müdafiə naziri Cim Mattisin "Türkiyənin qayğılarını aradan qaldırmağa yönəlik Suriyanın şimalına müşahidə nöqtələri quracağıq" açıqlamasının altından yeni bir terror layihəsi çıxıb. Pentaqon ilə YPG arasında razılaşmaya görə, sərhədin 5 fərqli nöqtəsinə qurulacaq müşahidə nöqtələrində terrorçular də ABŞ əsgərləri ilə birlikdə keşik çəkəcək.
5 YER MÜƏYYƏNLƏŞDİRİLİB
London mərkəzli Ərəb dilində çıxan “Şarkul Avsat” qəzetinə açıqlama verən YPG/PKK-dan yüksək səviyyəli bir terrorçu, Vaşinqton rəhbərliyinin Fəratın şərqində Türkiyədən terrorçulara qarşı hücumların qarşısını almaq məqsədilə müşahidə nöqtələri qurmağa başladığını söyləyib. Ayın Əl Ərəbdə 2, Tel Abyadda da 3 müşahidə nöqtəsi qurulmağa başladığını bildirən YPG-li terrorçu, Resulayn, Amudə və Derbesiyedə də belə mərkəzlərin inşa ediləcəyini dilə gətirib. Adı gizli saxlanılan təşkilat üzvü həmçinin, sözügedən müşahidə nöqtələrində YPG-li terrorçuların də yer alacağını qeyd edib. Ərəb qəzetinə müsahibə verən terrorçu, bundan başqa, Pentaqon ilə təşkilat arasında bir illik müqavilə imzalandığını və müşahidə məntəqələrinin müzakirə nəticəsində müəyyən olunduğunu bildirib.
Müxalifət.az