Rusiya açıqladı: Ukrayna gəmiləri limanlara qayıtdı

Baxış sayı:
2668

Rusiya Federal Təhlükəsizliyi Xidməti (FTX), Azov dənizindəki Ukrayna döyüş gəmilərinin limanlarına döndüyünü açıqlayıb.
 
FTX, Rus döyüş gəmilərinin Ukrayna döyüş gəmilərinə müdaxilə etdiyini söyləyib.
Ukrayna donanmasına aid 3 gəminin limanlarına geri döndüyünü bəyan edilən açıqlamada, "Bu cür təhlükəli və məsuliyyətsiz qərarlar verən Kiyev rəhbərliyi bu cür hərəkətlərinin nəticələrini düşünməlidir" deyə qeyd edilib.
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaharova, sosial media hesabından, Rus döyüş gəmiləri ilə Ukrayna döyüş gəmiləri arasında baş verən gərginliyə münasibət bildirib. Zaxarova, Kiyev rəhbərliyinin Kerç boğazında təxribata səbəb olduğunu qeyd edib.
 
Ukrayna: 6 əsgər yaralanıb
 
Ukrayna Dəniz Donanması, Rusiyanın Ukraynalı gəmiləri müşayiət etdiyini və 6 Ukraynalı əsgərin yaralandığını açıqlayıb.
Qeyd edək ki, Azov dənizində səhər saatlarında Rusiya gəmilərinin Ukraynanın döyüş gəmiləri ilə qarşılaşdıqları bildirilib. Rus döyüş gəmiləri, ərazi sularına girdikləri iddia edilən Ukrayna döyüş gəmilərinə müdaxilə edib.
Müxalifət.az