Ruhanidən Səudiyyəyə mesaj: “Bizdən deyil, super güclərdən qorxun”

Baxış sayı:
8173

İran prezidenti Həsən Ruhani, Səudiyyə Ərəbistanına müraciət edərək, "Səudiyyə Ərəbistanı xalqının maraqlarını terrorizm, regional düşmən və super güclərə qarşı bütün gücümüzlə müdafiə etməyə hazırıq. Bunun üçün sizdən 450 milyard dollar da istəmirik. İrandan qorxmayın, super güclərdən qorxun. Biz sizinlə qardaşıq" deyib.
 
İran prezidenti Həsən Ruhani, Səudiyyə Ərəbistanı ilə münasibətlərinə də toxunaraq, Məkkə və Mədinədəki Müsəlmanları qardaşları kimi gördüklərini ifadə edib.
Ruhani, bunları qeyd edib:
 
“Bizdən deyil, super güclərdən qorxun"
 
“Bunun üçün sizdən 450 milyard dollar da istəmirik. Çünki sizi öz qardaşlarımız kimi görürük. Təhlükəsizliyinizi təminat altına almaq üçün 450 milyard dollar hədiyyə etdiniz, 110 milyard dollarlıq da silah satın aldınız. İrandan qorxmayın, super güclərdən qorxun. Biz sizinlə qardaşıq".
Ruhani, həmçinin Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın öldürülməsi ilə bağlı təəssüf etdiyini sözlərinə əlavə edərək "Kaş ki, belə bir hadisə baş verməsəydi" deyib.
Müxalifət.az