Xankəndində rəzalət: “qrup seks” faktının ŞOK TƏFƏRRÜATI

Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə dislokasiya edilmiş hərbi birləşməsinin əsgərinə cinsi təcavüz edilməsi faktının təfərrüatı məlum olub.
Hadisə Xankəndində yerləşən hərbi hissədə baş verib.
Məlum olub ki, hərbi hissənin İrəvandan olan əsgəri K.-ya qarşı cinsi zorakılıq hərbi xidmətinin ilk günlərindən başlayıb. Zabit G. öz yoldaşları ilə birlikdə dəfələrlə əsgəri zorlayıb. Zorakılıq zabitin “qrup seks” niyyəti altında baş verib.
Maraqlıdır ki, fakt əsgərin anasına hələ yanvar ayından məlum olub.
Lakin K.-ya qarşı zorakı seksual xarakterli hərəkətlərlə bağlı cinayət işi bir neçə gün əvvəl – noyabrın 21-də başlayıb. Bura qədər isə öz manyak davranışlarını təhdid yolu ilə gizlədən zabit G. ilə bağlı heç bir profilaktik tədbir görülməyib.
Amma o, istintaqa ifadəsində əsgəri döydüyünü və ona təcavüz etdiyini inkar edir.
Bir neçə aydan sonra isə hərbi qulluqçu K.-ya faktın gizlədilməsi üçün hərbi polis tərəfindən ağır işgəncənin verildiyi məlum olub.
K. bundan əvvəl bir neçə dəfə hərbi polisə aparılıb və təzyiqlər altında zabitə böhtan atdığını etiraf etmək məcburiyyətində qalıb. O, Sünik rayon ilkin istintaqa verdiyi ifadələri sonradan rədd edib. Beləliklə, xidmət K. üçün bir kabusa çevrilib.
Əvvəlki istintaq zamanı vəkil Ayarpi Sərkisyan əsgərin zorakılıqdan, təzyiqlərdən və təhdidlərdən qorunmaq üçün mübarizə apardığını desə də, K.-nın anası oğlunun Ermənistandakı hərbi hissələrdən birinə köçürülməsini tələb edib. Amma Müdafiə Nazirliyi bu tələbi rədd edib, əsgərin Qarabağda qalması barədə qərarı dəyişməyib.
Nəhayət, iki həftə əvvəl əsgər Xankəndindən Ağdərəyə köçürülüb.
Vəkil Ayarpi Sərkisyan əsgərə qarşı zorakılıq hərəkətlərinə yol verən zabit və yoldaşlarının hələ də azadlıqda olduğunu iddia edir:
“İstintaq davam edir. Ümid edirik ki, əsgərə təcavüz etdiyi sübut olunarsa, o, ən ağır cəzaya layiq görüləcək. Lakin istər Ermənistan Müdafiə Nazirliyi, istərsə də Qarabağdakı qoşunların komandanlığı heç nə olmamış kimi laqeyd davranır. Amma Müdafiə Nazirliyi çətin vəziyyətdə olan bir əsgərdən xəbərdar deyilsə, hansı şəfqətdən danışırıq?”.
Qeyd edək ki, noyabrın 21-də Ermənistan ordusunun zabitinin əsgərlərinə qarşı cinsi zorakılıq etməsi barədə məlumat yayılmışdı.