Demokratlar Tramp-Səudiyyə əlaqələrini araşdıracaq

Baxış sayı:
7345

ABŞ-da Konqresə ara seçkilərindən sonra Nümayəndələr Palatasında əksəriyyəti əldə edən Demokratlar, ABŞ prezidenti Tramp haqqında, Səudiyyə şahzadəsi bin Salman və Qaşıqçı cinayəti ilə bağlı şərhlərinə görə araşdırma başlayacaq.
 
Demokratların yaratdığı “House Intelligence Panel” tərəfindən aparılacaq soruşdurma, Trampın Qaşıqçı-nın ölümü və Səudiyyə hökuməti ilə əlaqəsi ilə bağlı verdiyi şərhlər, Səudiyyə kral ailəsinin idarəetmə siyasəti və Səudiyyə Ərəbistanın Yəmənə qarşı törətdikləri aktları araşdıracaq. Komitənin rəhbərliyi üçün ən uyğun şəxs kimi düşünülən Demokrat senatorlardan Schiff, Səudiyyə jurnalisti Qaşıqçı-nın ölümü ilə bağlı ətraflı araşdırma aparacaqlarını dilə gətirərək "Məsələ ilə bağlı bir çox mənafe toqquşması var və komitə də bunları araşdıracaq" açıqlaması edib. "Əgər Trampın xarici investisiya qoyuluşlarında ABŞ-ın mənfəətlərinə tərs bir şey varsa, bunun üzə çıxarılması lazımdır" deyən Schiff, xüsusilə Trampın Səudiyyə hökuməti ilə olan maliyyə münasibətlərinin dərindən təhlil olunacağını vurğulayıb. Demokratlar, ötən günlərdə də Trampın, Qaşıqçı cinayətinə dair srağagün etdiyi açıqlamada, "Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman cinayətdən xəbərdar ola da bilər, olmaya da" açıqlamasına sərt təpki göstərmişdi.
Müxalifət.az