Terror təşkilatı YPG-dən Türkiyəyə çağırış!

Baxış sayı:
7831

Terror təşkilatı YPG-nin sözdə bölgə sözçülərindən biri olan Nuri Mahmud, Türkiyəyə dialoq çağırışı edib. Mahmud, "Türkiyə ilə yaşadığımız problemləri dialoq yolu ilə həll etməyə hazırıq" deyib.
 
Mahmud bu açıqlamanı, Şimali İraq Kürd bölgəsinin paytaxtı Ərbildə nəşr edilən “Rudaw” saytına verdiyi müsahibəsində söyləyib. Terror təşkilatı YPG-nin sözçüsü, "Türkiyə ilə ABŞ müttəfiqdir. Sizi Suriyada qorumaq üçün bu ittifaqdan imtina edərlərmi" sualına cavabında, "Türkiyə ilə ABŞ-ın müttəfiq olduğunu əlbəttə bilirik. Və biz də şimali Suriya bölgəsi olaraq Türkiyə milləti və dövləti ilə qonşuyuq" deyib. Nuri Mahmud, "Türkiyə milləti və dövləti ilə yaşadığımız problemləri dialoq yolu ilə həll etməyə hazırıq" deyib.
Müxalifət.az