ABŞ-ın hədəfindəki jurnalist danışdı: MƏNİ ÖLDÜRMƏK İSTƏYİRDİLƏR

Baxış sayı:
3259

Suriyadakı müharibəni ən yaxından izləyən şəxslərdən biri olan Amerikan əsilli jurnalist Bilal Əbdülkərim, ABŞ-ın onu öldürməyə təşəbbüs etdiyini bildirib.
 
“Mepanews”-un xəbərinə görə, müharibənin ilk illərindən etibarən ölkədə müxaliflərin, xalqın və döyüşçülərin səsinin dünyaya olduğu kimi çatdırılmasında mühüm rol oynayan Amerikalı jurnalist Əbdülkərim, ABŞ ilə yaşadığı sui-qəsd hadisəsini nəql edib.
Jurnalist Bilal Əbdülkərim, "Bir neçə il əvvəl, Hələbin şərqində çəkiliş apararkən avtomobiliim bir ABŞ-ın insansız hava vasitəsi tərəfindən hücuma məruz qaldı. Kənarda dayanıb təxminən 20 dəqiqədir ki, qeyd edirdim, yəni maşında kimin olduğunu bilirdilər. Və mən onlara qarşı sui-qəsd cəhdi səbəbiylə hüquqi iddia qaldırdım" deyib.
 
Məscidi vurduqlarını belə rədd etdilər
 
Suriyadakı dəhşətli vəziyyəti xəbər verdiyi üçün təcavüzə məruz qaldığını deyən Abdulkərim, “Bəzi insanlar nə üçün mənə sui-qəsd təşkil etmək istəyəcəklərini soruşa bilər. Yəqin ki, bir çox səbəbləri olduğunu düşünürəm, lakin bu sualı ABŞ hökumətinə soruşmaq lazımdır. Deyə bilərəm ki, burada doğru xəbərləri vermək məsələsində çox istəkliyik, xəbərlərin bəziləri də burada Şimali Suriyada bir məscidə təşkil olunan bombalı təcavüzdə 65 nəfərin öldüyü qətliamla bağlıdır (17 mart 2017-ci il tarixində ABŞ-ın Cinə kəndindəki bir məscidə təşkil etdiyi hava hücumunu nəzərdə tutur). Bu insanların bəziləri məsciddən qaçmağa çalışdıqları zaman öldürülüb. Bəziləri Əl-Qaidə hərbiçilərini öldürmək istədiklərini deyirdilər. Ancaq vəziyyət heç də belə çıxmadı. Başda Pentaqon olmaqla, məscidi vurduqlarını belə rədd etdi. Lakin biz buraya getdik, regionu qeydə aldıq və məscidi vurduqları ilə bağlı dəlilləri ortaya qoyduq. Pentaqon daha sonra hekayəni dəyişdi və "məscidi vurduq” – dedi. Amma bunu bəzi döyüşçüləri öldürməyə çalışıdıqları ilə əsaslandırdılar, hansı ki, insansız hava vasitəsi ilə hücumları uşaqların oynadığı yerlərdən 30-40 metr məsafədə həyata keçirirdilər. Və mən bu şəkildəki hadisələri bildirmək məsələsində olduqca maraqlıyam. Bu şeylərin əhəmiyyətli olduğunu, bunların işıqlandırılması lazım olduğunu düşünürəm. Və güman edirəm ki, bunların məndən xoşlanmamalarının bəzi səbəbləri də bununla bağlıdır. Və mənə qarşı təcavüzün jurnalistikaya qarşı bir hücum olduğu qənaətindəyəm " deyə bildirib.
Müxalifət.az