Nazir müavini vəzifəsindən AZAD EDİLDİ

Baxış sayı:
3943

Energetika nazirinin müavini Natiq Abbasov vəzifəsindən azad edilib. Bu barədə Azvision.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin 20 noyabr tarixində imzaladığı sərəncamla Natiq Balaş oğlu Abbasov energetika nazirinin müavini vəzifəsindən kənarlaşdırılıb. Qeyd edək ki, N.Abbasov 2009-cı ildən energetika nazirinin müavini vəzifəsində çalışıb.