"Qaşıqçının qanını hamamın kanalizasiyasına axıdıblar”!

Baxış sayı:
3094

Səudiyyə Ərəbistanı tərəfindən ortadan qaldırılan jurnalist Camal Qaşıqçı-nın, öldürüldükdən sonra paltarlarını çıxarıb, damar yolu ilə qanını hamamın kanalizasiyasına axıtdıqları məlum olub.
 
Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın öldürüldüyü və cəsədinin məhv edildiyi anlara dair insanı dəhşətə gətirən yeni iddialar ortaya çıxıb. Qaşıqçı-nın konsulluğa daxil olduqdan sonra başına paket keçirilərək öldürüldüyü, sonra paltarlarının çıxarılıb, damar yolunun açılmasıyla bədənindəki qanın bu yolla çəkilərək hamamın kanalizasiyasına axıdıldığı bildirilir.
 
“Sabah” qəzetinin xəbərinə görə, Qaşıqçı-nın paketlə boğularaq öldürülməsindən sonra cəsədin məhv edilməsi prosesinə keçilib.
Bu məqamda edam qrupunda Səudiyyə Ərəbistanının cəsədləri yarmaq üzrə mütəxəssis olan Salah Məhəmməd Al Tubaigy dövrəyə girib. Qaşıqçı-nın üzərindəki paltarlar çıxarılıb. Al Tubaigy tərəfindən bədəndəki qan ətrafa sıçramaması üçün damarından iynə ilə çəkilərək hamamın kanalizasiyanı axıdılıb.
Qaşıqçı-nın öldürülməsindən sonra bədənini parçalara ayıran şəxs də məhz Tubaigy olub. Tubaigy-nun Səudiyyə Ərəbistandan xüsusi reaktivlə gələrkən yanında müxtəlif tibbi ləvazimatlar gətirdiyini aeroportdakı X-ray cihazındakı görüntülər ortaya çıxarmışdı. 15 nəfərlik edam qrupunun çantalarında şpris və mişar da olub.
İngilis mediası, Tubaigy-nun Şotlandiyada Qlazqo Universitetində ədliyyə tibb təhsili aldığı, qısa müddət öncə Avstraliyada qatıldığı bir seminarda öz layihəsi olan mobil ekspertizaları cihazı haqda çıxış etdiyini yazıb. Qaşıqçı-nın bədəninin İstanbul baş konsulu Məhəmməd Uteybinin otağında doğrandığı, yerlərə iz buraxmamaq üçün selofan sərildiyi gündəmə gəlmişdi.
 
Quyuya baxış üçün icazə verilmir
 
Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunun yerləşdiyi küçədəki kanalizasiyada briqadalar tərəfindən görüntüləmə robotları ilə araşdırma aparılmışdı. Bu işlərdə Qaşıqçı-ya məxsus DNT nümunəsi axtarıldı. Digər tərəfdən, Qaşıqçı cinayətində aparıcı rol oynayan Baş Konsulluq iqamətgahı bağçasındakı quyuda axtarış aparma tələbinə Səudiyyə orqanlarından hələ də müsbət cavab verilmədiyi bildirilib.
İqamətgahda axtarış keçirilən zaman zirzəmidə yerləşən quyu aşkar edilmiş, lakin quyunun içərisindəki suyun boşaldılmasına Səudiyyə səlahiyyətliləri imkan verməmişdi.

Müxalifət.az