Ermənilər yeni pul əskinasına Ağrı dağını həkk etdi!

Baxış sayı:
3913

Ermənistan, hazırladığı yeni əskinasların üz tərəfində Türkiyə sərhədləri içərisində yerləşən Ağrı dağının şəklini həkk edib.
 
Ermənistanın Sovet İttifaqından ayrıldıqdan sonra istifadə etməyə başladığı Ermənistanın pul vahidi olan Dram-ın 25-ci ildönümünü qeyd etmək üçün hazırlanan yeni əskinaslar Ermənistan Mərkəzi Bankında nümayiş olunub.


 
Əskinasda Ağrı dağını həkk etdilər
 
“Nuh gəmisi" adını daşıyan kolleksiya üçün nəzərdə tutulan 500 dram da dövriyyəyə buraxılıb. Kağız pulun üz tərəfində Nuh peyğəmbərin gəmisinin qalıqlarının saxlandığı sandıq ilə Eçmiadzin Kilsəsi, arxa planda isə müqəddəs sayılan Ağrı dağı (Ararat dağı) yerləşir.
Ermənistan yeni əskinasların üzərində Ağrı dağını həkk edərək Türkiyə torpaqları üzərindəki iddialarını bir daha göstərmiş oldu.
Müxalifət.az