YPG terrorçuları ABŞ-ı təkzib etdi: ONLAR BİZİM LİDERİMİZDİR

PKK/YPG-YƏ verdiyi silahlarla Fəratın şərqini hissələrə ayıran və terrorçuların PKK ilə əlaqəsini rədd edən ABŞ-ı bölgədəki müttəfiqi təkzib edib.
YPG-li terrorçular, Fərat çayının şərqində işğal altında saxladığı Tel Abyad şəhərində ABŞ-ın başlarına mükafat qoyduğu terrorçubaşları üçün dəstək yürüşü keçirib. Vaşinqtonun haqlarında məlumat verənə mükafat qoyduğu üç PKK başçısı Murad Karayılan, Cəmil Bayık və Duran Qalxana dəstək üçün əllərində təşkilatın simvolları və və silahları ilə küçəyə çıxan YPG-li terrorçular, körpə qatillərinə sahib çıxaraq Pentaqonun bu taktiki gedişini puça çıxarıb.
KOMANDİRLƏRİNİZ ÜÇÜN AYAĞA QALXIN
“Star" qəzetində yer alan xəbərə və yerli mənbələrdən alınan məlumata görə, Tel Abyada ətraf qəsəbələrdən gələn və rayonda yerləşən YPG/PKK terrorçuları ilə ailələrindən ibarət olan bir qrup, sragagün əllərində üç terrorçubaşının şəkillərinin çap olunduğu, “Komandirlərimiz qəlbimizdədir”, “Komandirlərimiz üçün ayağa qalxın” yazılı plakatlarla aksiya keçirib. Aksiyada PKK-nın terrorçubaşı Öcalana da dəstək şüarları səsləndirilib.
Müxalifət.az